Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Reytinq ulduzu restoranınızın qida təhlükəsizliyi və etibarlılıq səviyyəsini rəsmi şəkildə göstərir. Bu ulduz yerində aparılan qiymətləndirmə əsasında verilir və proses könüllü müraciət ilə həyata keçirilir.
Müraciət üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna rəsmi ərizə göndərmək kifayətdir. Qiymətləndirmədən sonra müəssisənin reytinq səviyyəsi müəyyən edilir və uyğun olduqda sertifikat təqdim olunur.
Siz də restoranınızın etibarlılığını rəsmi şəkildə göstərmək istəyirsinizsə, info@afsi.gov.az elektron poçtuna yazın və ya 1003 Çağrı Mərkəzinə müraciət edin.