Müasir restoran biznesində yalnız dadlı yemək kifayət etmir. Müştərilər artıq təhlükəsizliyə, şəffaflığa və etibarlılığa xüsusi diqqət yetirirlər. “Reytinq ulduzu” sistemi restoranlara məhz bu sahədə üstünlük qazandıraraq onları rəqabətdə önə çıxarır.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz” layihəsi ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi və fəaliyyət standartlarına uyğunluğunu sistemli şəkildə qiymətləndirir. Müəssisələr fəaliyyət səviyyəsinə uyğun olaraq 3, 4 və ya 5 ulduzla qiymətləndirilir. Bu yanaşma onların güclü tərəflərini və inkişaf istiqamətlərini aydın şəkildə göstərir, həm yerli, həm də xarici müştərilər üçün obyektiv göstərici rolunu oynayır.
Ulduz almaq uğurdur, onu qorumaq isə daha böyük məsuliyyətdir.
Reytinq ulduzu ciddi uyğunsuzluqlar aşkar edildikdə ləğv edilə bilər. Ən çox rast gəlinən səbəblər isə bunlardır:
1. Nəzarət tədbirləri zamanı ciddi qida təhlükəsizliyi pozuntularının aşkar olunması;
2. Sertifikatın müddətinin bitməsi və yenidən qiymətləndirmə üçün vaxtında müraciət edilməməsi;
3. Qida Təhlükəsizliyi Reyestrindən çıxarışın ləğv olunması.
Ulduzun ləğvi müəssisənin həm reputasiyasına, həm də biznesin etibarına mənfi təsir göstərir.
Bəs reytinq ulduzunu necə qorumaq olar?
* Qida təhlükəsizliyi tələblərinə davamlı şəkildə riayət edin;
* Keyfiyyətə nəzarəti daim təmin edin;
* Sertifikatın qüvvədə olma müddətini diqqətdə saxlayın və vaxtında yenidən müraciət edin.
Reytinq ulduzu güvən və etibarın rəsmi simvoludur.
Obyektinizin ya iaşə müəssisənizin reytinq ulduzunun qorunması və etibarlılığının davamlı təmin edilməsi üçün info@afsi.gov.az elektron poçt ünvanına yaza və ya “1003 Çağrı Mərkəzi”nə müraciət edə bilərsiniz.
Daha ətraflı: