arrow

Səyyar laboratoriyalar kənd təsərrüfatı məhsullarının təhlükəsizliyini təmin edir!

Səyyar laboratoriyalar kənd təsərrüfatı məhsullarının təhlükəsizliyini təmin edir!
13-04-2026 14:31

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları su və qida məhsullarının keyfiyyətini yerində yoxlayır. Bu maşın tipli laboratoriyalar beynəlxalq standartlara uyğun fiziki-kimyəvi, mikrobioloji və molekulyar bioloji sınaqlar aparmaq üçün bütün zəruri cihazlarla təchiz olunub.

Sudakı yoxlamalar: codluq, magnezium, flüor, kalsium, xlor, alüminium, silisium, ammonium, sərbəst xlor, formaldehid və ağır metallar.

Qidadakı yoxlamalar: pH göstəricisi, balın diastaza ədədi, meyvə-tərəvəzlərdə nitrat miqdarı, ətin təzəliyi və mənşəyinin təyini

Səyyar laboratoriyalar sayəsində kənd təsərrüfatı məhsulları və içməli suyun keyfiyyəti yerində yoxlanılır. Bu da vətəndaşlara təhlükəsiz və sağlam məhsullar təqdim etməyə imkan verir.