arrow

“Vahid Sağlamlıq” mentorluq proqramına qeydiyyat qaydaları

“Vahid Sağlamlıq” mentorluq proqramına qeydiyyat qaydaları
01-09-2026 09:58

Müraciət üçün tələblər

Vətəndaşlıq: Azərbaycan Respublikası vətəndaşı

Yaş: 16-29 yaş arası

Təhsil: Ali təhsilin bakalavriat səviyyəsi (hazırlıq ili və 1-ci kurs tələbələri istisna olmaqla)

Orta akademik göstərici:

- 4 ballıq sistemdə ən az 2.5

- 100 ballıq sistemdə ən az 80

Dil biliyi: İngilis dili

- Ən az IELTS 6.5 akademik və ya ekvivalent səviyyədə ingilis dili biliyi və təsdiqedici sənəd

Təhsil istiqamətləri: 

- Qida mühəndisliyi/Qida təhlükəsizliyi/Qida texnologiyaları/Qida elmləri

- Baytarlıq/Heyvandarlıq/Heyvan sağlamlığı

- Bitki mühafizəsi/Aqronomiya/Aqrokimya

- İctimai səhiyyə/Qidalanma/Dietologiya