arrow

Abşeron Regional Sınaq Laboratoriyası

Abşeron Regional Sınaq Laboratoriyası

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Abşeron Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, eləcə də idxal-ixrac edilən qida məhsullarında, alkoqollu içkilərdə və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin sınaqlarını həyata keçirir.

Laboratoriya  Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) və Türkiyənin Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunub. 

Laboratoriya xüsusi ilə alkoqollu içkilərin və taxıl  və taxıl məhsullarının sınaqları üzrə ixtisaslaşıb. Burada şərab, araq, pivə və digər alkoqollu içkilər, taxıl və taxıl məhsulları üzrə fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərin sınaqları beynəlxalq metodlarla həyata keçirilir. 

Avropa İttifaqı ölkələrinə şərab və şərab məhsullarının ixracı zamanı tələb olunan VI1 sertifikatına daxil olan göstəricilər üzrə sınaqlar beynəlxalq standartların tələblərinə uyğun şəkildə aparılır ki, bu da yerli istehsalçıların məhsullarının xarici bazarlara çıxışına dəstək verir.

Aparılan sınaqlar məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin dəqiq müəyyən edilməsini, normativ tələblərə uyğunluğunun qiymətləndirilməsini və etibarlı nəticələrin təqdim olunmasını təmin edir.

Laboratoriya mütamadi olaraq beynəlxalq səriştəlilik sınaqları və laboratoriyalararası müqayisə proqramlarında iştirak edir. Əldə olunan yüksək nəticələr laboratoriyanın texniki səriştəsini, tətbiq olunan metodların etibarlılığını və sınaq nəticələrinin dəqiqliyini təsdiqləyir. Müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriya peşəkar mütəxəssis heyəti ilə fəaliyyət göstərərək qida təhlükəsizliyinin təmin olunmasına, məhsulların keyfiyyətinin qiymətləndirilməsinə və istehlakçıların hüquqlarının qorunmasına mühüm töhfə verir.