arrow
1

Azərbaycan Tibb Universitetinin tələbələri AQTİ-də praktik məşğələlər keçirlər

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) müxtəlif ali təhsil müəssisələri ilə daim sıx əməkdaşlıq edərək qida təhlükəsizliyi sahəsində gənc mütəxəssislərin formalaşdırılması və peşəkar kadrların hazırlanması istiqamətində öz fəaliyyətini davam etdirir.
Ətraflı
2

Qida sektorunda sahibkarlığa dövlət dəstəyi artırılır

Ölkədə biznes mühitinin davamlı inkişafını təmin etmək məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə keçirilən görüşdə ətraflı müzakirə olunub.
Ətraflı
3

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "III Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi” Forumu keçirilib.
Ətraflı
4

Restoran, kofe-şop və keytrinq şirkətlərinin qida ilə təmasda olan əməkdaşları üçün təlim təşkil olunub

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində restoran, kofe-şop və keytrinq şirkətlərinin qida ilə təmasda olan əməkdaşları üçün təlim təşkil olunub.
Ətraflı
5

AQTA sədri Qoşqar Təhməzli ilə Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş olub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib.
Ətraflı
6

“Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.
Ətraflı
7

Qida sahəsində çalışan əməkdaşlar üçün təlim təşkil olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub.
Ətraflı
8

AQTİ Ankarada keçirilən I Beynəlxalq Halal Akkreditasiya Konfransında təmsil olunub

6–8 aprel tarixlərində Ankara şəhərində Türkiyə Respublikasının Ticarət Nazirliyi və Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən təşkil olunan “I Beynəlxalq Halal Akkreditasiya Konfransı” keçirilib.
Ətraflı
9

Qida ilə təmasda olan mütəxəssislər üçün gigiyena təlimi keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlimin keçirilməsində əsas məqsəd qida təhlükəsizliyi sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, onların fəaliyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkili olub.
Ətraflı
10

AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində daha iki ümumi təhsil müəssisəsində maarifləndirmə tədbiri həyata keçirilib.
Ətraflı
11

Qida ilə təmasda olan mütəxəssislər üçün növbəti təlim təşkil olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar mütəxəssisləri tərəfindən maarifləndirici təlimlər davam etdirilir.
Ətraflı
12

Novruz bayramına həsr olunan “Kudos” intellektual-əyləncəli yarış keçirilib

AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Agentlik əməkdaşları arasında Novruz bayramına həsr olunmuş “Kudos” intellektual-əyləncəli yarışı keçirilib.
Ətraflı
13

AQTİ qida müəssisələrinə yeni standart və xidmətlər təklif edir

AQTİ artıq AZS ISO/IEC 17021-1:2021 akkreditasiyasına sahibdir və AZS ISO 22000:2022 – Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə rəsmi sertifikatlaşma həyata keçirə bilər.
Ətraflı
14

Qida istehsalı zamanı şəxsi gigiyena qaydalarına dair təlim keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun peşəkar mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti “Qida istehsalında şəxsi gigiyena” mövzusunda təlim təşkil olunub.
Ətraflı
15

AQTA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Ətraflı

Statistika məlumatları

1627
Səriştəlilik sınaqları
11425866
Laborator müayinələr
22353
Təlimdən keçən müdavimlər
969058
Heyvanların identifikasiyası

Xəbərlər

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə bağlı yeniliklərdən xəbərdar olun!

Xidmətlərimiz

Laboratoriyalar

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 17 laboratoriya fəaliyyət göstərir.

back

Bakı Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, eləcə də idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb.
Gəncə Regional Sınaq Laboratoriyası
Gəncə Regional Sınaq Laboratoriyası (GRSL) ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərir.
Göygöl Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzi Departamentinin Göygöl Regional Sınaq Laboratoriyasının əsas fəaliyyət istiqaməti heyvan xəstəliklərinin diaqnostikasıdır.
Şamaxı Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Şamaxı Regional Sınaq Laboratoriyasının əsas fəaliyyət istiqaməti torpaq, su, bitki qulluq və mühafizə vasitələrində (pestisidlər və gübrələr) mikrobioloji müayinələrin həyata keçirilməsidir. Bölmədə sınaqlar xaricdə və ölkəmizə dəvət olunmuş xarici mütəxəssislərin təlim keçdiyi personallar tərəfindən milli və beynəlxalq standartların tələbinə uyğun olaraq aparılır. Həyata keçirilən sınaqların keyfiyyətinə nəzarəti təmin etmək məqsədilə analitik standartlardan, standart referans materiallardan, sertifikatlı referans materiallardan istifadə olunaraq bölmə daxilindəki bütün cihaz və avadanlıqların performans, kalibrləmə yoxlamaları aparılır.
Mərkəzi Baytarlıq Laboratoriyasının Quba Regional bölməsi
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Quba Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib.
Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Sabirabad Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib.
Tovuz Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Tovuz Regional Sınaq Laboratoriyası ölkəyə idxal olunan və Azərbaycandan ixrac edilən məhsullarda heyvan və bitki sağlamlığı üzrə fəaliyyət göstərir. Tovuz Regional Sınaq Laboratoriyası Azərbaycan Akkreditasiya Mərkəzinin akkreditasiya attestatına əsasən, AZS ISO/IEC 17025:2009 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun akkreditasiya olunub. Həmçinin laboratoriya attestata əlavə edilən akkreditasiya sahəsi əsasında uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərmək hüququna malikdir.
Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə Regional bölməsi
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Bərdə Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib.
Lənkəran Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin Lənkəran Regional Sınaq Laboratoriyası (LRSL) üç istiqamətdə fəaliyyət göstərir. Bu laboratoriyada qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin aşkarlanması, molekulyar bioloji və virusoloji müayinələrin aparılması, eyni zamanda  heyvan sağlamlığı üzrə infeksion xəstəliklərin diaqnostikası həyata keçirilir.
Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional bölməsi
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının Qax Regional bölməsi ikinci biotəhlükəsizlik səviyyəsinə uyğun olan və müasir tələblərə cavab verən maddi-texniki baza ilə təchiz edilib
Xaçmaz Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xaçmaz Regional Sınaq Laboratoriyasında bitki və bitkiçilik məhsullarında EPPO (Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatı) beynəlxalq sınaq metodikasına uyğun olaraq entomoloji, mikoloji, herboloji, fitohelmintoloji sınaqlar aparılır.
Abşeron Regional Sınaq Laboratoriyası
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Abşeron Regional Sınaq Laboratoriyasının fəaliyyəti ölkədə istehsal edilən, idxal və ixrac olunan, eləcə də daxili bazarda satılan məhsulların keyfiyyətinin normativ texniki sənədlərin tələblərinə uyğunluğunu yoxlamaqdan və nəticələri təsdiq edən sənədlərin verilməsini müəyyən olunmuş  qaydada  həyata  keçirməkdən ibarətdir. Laboratoriya fəaliyyətində akkreditasiya sahəsinə uyğun beynəlxalq və yerli metodlardan istifadə etməklə, təqdim olunan məhsulu fiziki-kimyəvi, mikrobioloji  və toksikoloji sınaqlar aparmaqla sınaq protokolları ilə rəsmiləşdirir.

Tariflər

Maarifləndirmə

Bununla cəmiyyətimizi gücləndirir, hər kəsin bilik və məlumatla daha aydın bir gələcəyə addımlamasını təmin edirik

Sağlam qidalanma