arrow

Antibiotik qəbul edərkən hansı qidalardan imtina etməliyik?

Antibiotik qəbul edərkən hansı qidalardan imtina etməliyik?
02-03-2026 17:56

Antibiotik qəbul edərkən bəzi qidalar dərmanın təsirini azalda bilər.

Bu səbəbdən düzgün qidalanma çox önəmlidir:

- Süd və süd məhsulları kalsium antibiotikin sorulmasını zəiflədə bilər.

- Şəkərli və şirin qidalar bağırsaq florasını pozur və sağalma prosesini ləngidir.

- Alkoqol qaraciyərə əlavə yük verir və dərmanın effektivliyini azalda bilər.

- Çox yağlı və ağır yeməklər həzmi yavaşladır.

Antibiotik təkcə zərərli bakteriyaları yox, faydalı bakteriyaları da azaldır. Antibiotik qəbul edərkən yüngül və sadə qidalanmaya riayət etmək, kifayət qədər su içmək və bağırsaq florasını qorumağa diqqət etmək vacibdir.