21 May dünyada çayın həm mədəni, həm də gündəlik həyatımızdakı rolunu xatırladan xüsusi gündür.
Çay bu gün milyonlarla insanın gündəlik vərdişinə çevrilmiş ən çox istehlak olunan içkilərdən biridir.
Antioksidantlarla zəngin olan qara və yaşıl çay ürək-damar sistemini dəstəkləyə, maddələr mübadiləsinə və diqqətin artmasına müsbət təsir göstərə bilər.
Çayın tərkibindəki kofein zehni fəaliyyəti canlandırır, yorğunluğu azaltmağa kömək edir.
Daha faydalı istifadə üçün çayın yeməkdən dərhal sonra deyil, müəyyən fasilə ilə içilməsi tövsiyə olunur.
Eyni zamanda, istehlak etdiyimiz çayın keyfiyyətli və təhlükəsiz olması da vacibdir. Bu istiqamətdə mütəmadi nəzarət və laborator yoxlamalar vasitəsilə məhsulların standartlara uyğunluğu təmin olunur
Keyfiyyətli və düzgün istifadə olunan çay sağlam həyat tərzinin bir hissəsidir.