Qablaşdırma sadəcə məhsulu qorumaq üçün deyil, həm də sağlamlığımızı qorumaq üçün vacibdir! Son araşdırmalar göstərir ki, bəzi plastik qablaşdırmalardan qida məhsullarına toksiki maddələr miqrasiya edə (ötürülə) bilər. Bu maddələr insan orqanizminə mənfi təsir edərək endokrin sistem pozuntularına, hətta xərçəng riskinin artmasına səbəb ola bilər.
O zaman nələrə diqqət etməli?
Şüşə, kağız və keramika qablaşdırmaya üstünlük verin.
Plastik qabların üzərində "BPA-free" (Bisfenol A), “Phthalate-free” (Ftalat) və “PVC-free” (Vinilxlorid) qeydlərini yoxlayın.
Qablaşdırmada ftalatlar, bisfenol A, vinilxlorid kimi zərərli maddələrin olub-olmadığını araşdırın. Bunun üçün qablaşdırmanın alt hissəsi və ya etiket məlumatında üçbucaq içərisində yazılmış rəqəmlərə diqqət edin. Adətən, 1,2,4 və 5 rəqəmləri qeyd edilmiş qablaşdırmalar təhlükəsiz seçim hesab edilir.
Yüksək temperaturda (məsələn, mikrodalğada) plastik qabları istifadə etməyin. Ümumiyyətlə, mikrodalğalı sobalarda istifadəsinə icazə verilən qablaşdırma materiallarından (üzərində müvafiq işarəyə diqqət edin!) istifadə edin.
Sağlam gələcək üçün ağıllı seçimlər edək!