Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Son dövrlərdə BAQM və idman qidalarına maraq artsa da, bu məhsulların hər biri təhlükəsiz deyil.
Qeydiyyatsız və nəzarətdən kənar məhsulların istifadəsi:
- Ürək-damar sisteminə zərər verə;
- Hormonal balansı poza;
- Tərkibində bəyan edilməyən maddələrin toksik təsiri ola;
- Allergik reaksiyalar və həzm problemləri yarada bilər.
Sağlamlığınız üçün:
• Məhsulun dövlət qeydiyyatını yoxlayın.
• Tərkibini və istifadə qaydasını oxuyun.
• Etibarlı satış nöqtələrini seçin.
Sağlam seçim məlumatlı seçimdir.