Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” normativ-hüquqi aktına əsasən, kağız əsaslı material və məmulatlar üçün əsas şərtlər bunlardır:
- Arsen, qurğuşun, kadmium, civə, xlorid və digər zərərli maddələrin miqdarı yol verilən həddən artıq olmamalıdır.
- Kağız materialların rəngi qida məhsullarına keçməməlidir.
- Çap olunmuş, yazılmış və təkrar emal olunmuş kağızlar qida ilə təmas etməməlidir.
- Yumurta və meyvə-tərəvəz viyolları istisna olmaqla, təkrar emal olunmuş kağızdan qida qablaşdırması istehsal edilməməlidir.
Bu tələblər qidanın təmiz və sağlam qalmasını təmin edir!
Seçiminizdə diqqətli olun!