Qida ilə təmasda olan metal əsaslı material və məmulatların təhlükəsizliyi insan sağlamlığının qorunması üçün ciddi tələblərlə tənzimlənir.
“Qida məhsulları ilə təmasda olan material və məmulatlara dair sanitariya norma və qaydaları” normativ-hüquqi aktına əsasən:
- Üzərində örtük olmayan çuqun materiallar təhlükə yaratmamalı və xüsusi istifadə təlimatları olmalıdır.
- Paslanmayan polad istisna olmaqla, metal materiallar qalay, xrom, keramika, lak, plastik və s. ilə örtülməlidir.
- Qalay, xrom və xrom oksid örtüklərinin miqdarı müvafiq olaraq ≥ 2.3 q/m², ≥ 50 mq/m², ≥ 7 mq/m² olmalıdır.
- Alüminium tərkibi ≥ 99% olmalıdır (folqa, borucuq, birdəfəlik qablar).
- Alüminiumdan qida miqrasiyası ≤ 5 mq/kq olmalıdır.
- Turş, qələvi və duzlu məhsullar xüsusi etiketlə işarələnməlidir.
- Qapaqlarda istifadə olunan kipləşdiricilər termiki emala davamlı olmalıdır.
- Sink və sink örtüklü materiallar turş və alkoqollu içkilərlə təmas etməməlidir.
Bu tələblərə riayət etmək həm məhsulun keyfiyyətini qoruyur, həm də istehlakçının sağlamlığını təmin edir.