Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Bu tədbirlər çərçivəsində 1-15 mart 2021-ci il tarixlərində Milli Referens və Abşeron Regional Sınaq Laboratoriyaları İngiltərənin LGC Standartları şirkətinin təşkil etdiyi beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarına qatılıb. Əsasən Salmonella, Escherichia coli, Staphylococcus aureus, Listeria monocytogenes, Maya, Kif və bu kimi digər mikrobioloji çirkləndiricilər olmaqla, Milli Referens Laboratoriyası 29 müayinə parametri, Abşeron Regional Sınaq laboratoriyası isə 17 müayinə parametri üzrə səriştəlilik sınaqlarında iştirak edib. 50–dən çox ölkənin iştirak etdiyi səriştəlilik sınaqlarında AQTİ laboratoriyaları yüksək nəticə əldə edib