arrow

AQTİ fındıqda aflatoksin miqdarının azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib

AQTİ fındıqda aflatoksin miqdarının azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib
24-03-2021 12:41

Bu elmi araşdırmalardan: “Fındıqların aflatoksinlə çirklənməsinin qarşısının alınması və azaldılması norma və qaydaları”, “Emal olunmuş fındığın keyfiyyət göstəriciləri”, “Qurudulmuş fındıq ləpəsinin keyfiyyət göstəriciləri”, “Qabıqlı fındıqların keyfiyyət göstəriciləri” adlı 4 təlimat hazırlanıb.

Tədqiqatların nəticəsi göstərir ki, nəm və çürük fındıqlarda aflatoksinin miqdarının yüksək olmasına səbəb məhsulun fermerlər tərəfindən yığımdan sonra dərhal qurudulmaması və polietilen kisələrdə saxlanılmasıdır. Bununla əlaqədar, AQTİ tərəfindən sahibkarlar arasında geniş maarifləndirilmə işləri aparılıb. Sahibkarların diqqətinə çatdırılıb ki, kif göbələyinin formalaşması bağdan başlayır, erkən məhsul yığımı və ya uyğunsuz qurudulma səbəbindən aflatoksin inkişaf edir; saxlanılma və daşınma müddətində isə yoluxma daha da artır. Kif göbələkləri qidalarda mikrobiloji çirklənmələrə, qida çürümələri və ya qida zəhərlənmələrinə səbəb olurlar. Beləliklə də, qidanın tərkibi, qida pH-ı, su aktivliyi, təbii mikroflora, ətraf mühitin kimyəvi və fiziki xüsusiyyətləri, saxlanılma temperaturu və anbarların nəmliyi mikroorqanizmlərin inkişafına təsir edən vacib amillərdir.

Qeyd edək ki, 2017-2018-ci illər ərzində Avropanın müxtəlif ölkələrinə Azərbaycandan ixrac olunan fındıq məhsulları ilə bağlı 36, 2019-cu ildə 10 geri qaytarılma halı qeydə alınıb. Həyata keçirilən tədbirlər nəticəsində 2020-ci ildə Avropa Birliyinə ixrac olunan fındıq məhsullarına dair cəmi 1 geri qaytarılma halı qeydə alınıb.