Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi vurğulanıb.
Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər, o cümlədən fiziki, kimyəvi və bioloji təhlükələr barədə məlumat verilib. Eyni zamanda, müəssisələrdə həyata keçirilməli olan gigiyenik tədbirlər, qida məhsullarının saxlanılması və dövriyyəsi zamanı riayət edilməli gigiyena tələbləri iştirakçıların diqqətinə çatdırılıb.
Təlimin sonunda isə interaktiv müzakirələr aparılıb və təlim iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.